Logo
    main-post-cover

    Redmi brendi Redmi 12 5G-nin təqdimatına hazırlaşır

    Cihazlar+
    24.07.2023
    Emil
        Xiaomi-nin Redmi brendi Redmi 12 5G smartfonunun təqdimatına hazırlaşır. Məlum olub ki, sözügedən smartfon Geekbench 6.1 bençmark testlərindən keçib. Beləliklə bençmark məlumatlarına əsasən Redmi 12 5G smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench testlərindən məlum olub ki, Redmi 12 5G Android 13 vasitəsilə çalışacaq.
        Beləliklə Redmi 12 5G smartfonu Geekbench 6.1-in bir nüvəli testi çərçivəsində 916 xal, çox nüvəli testi çərçivəsində isə 2106 xal toplayıb. Qeyd etmək lazımdır ki, Redmi brendi keçən ay sözügedən smartfonun 4G versiyasını təqdim etmişdi. Buna görə də Redmi 12-nin 5G versiyasının eynilə 90 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekran, 50 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonun gələn ayın əvvəlində təqdim ediləcəyi güman edilir.
    Paylaş
    Bənzər xəbərlər