Logo
    main-post-cover

    Redmi brendi Redmi K60 Ultra smartfonu üzərində çalışır

    Cihazlar+
    07.04.2023
    Emil
        Keçən ilin dekabr ayında Redmi brendi Redmi K60 smartfon seriyasını təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən Redmi sözügedən smartfon seriyasına daxil olacaq yeni model üzərində çalışır. Söhbət, Redmi K60 Ultra smartfonundan gedir. Məlumata əsasən Redmi K60 Ultra bu ilin üçüncü rübündə təqdim olunacaq. Yəni təqdimat iyul, avqust və ya sentyabrda baş tuta bilər. Məlumat sızıntılarında qeyd edilib ki, Redmi K60 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.4K keyfiyyətli ekran ilə təchiz olunacaq və MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə 120 vatt gücündə sürətli şarj texnologiyasına sahib batareyanı birləşdirəcək. Smartfon barəsində digər bir məlumat hələ yoxdur.
    Paylaş
    Bənzər xəbərlər