
Redmi brendi Redmi K70 Ultra smartfonu üzərində çalışır
Cihazlar+
05.12.2023
Emil
Bir həftə bundan öncə Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K70, K70 Pro və K70E modelləri daxil oldular. Lakin indi məlum olub ki, Redmi K70 seriyasına daha bir model daxil olacaq. Söhbət, Redmi K70 Ultra-dan gedir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən hazırlanan Redmi K70 Ultra smartfonu MediaTek Dimensity 9000 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayder qeyd edib ki, smartfon 150 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq və özündə 108 MP-lik ultra geniş bucaqlı obyektivi birləşdirəcək. Redmi K70 Ultra-nın gələn ilin birinci rübündə təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
