Logo
    main-post-cover

    Redmi brendi Redmi Note 12R adlı yeni smartfonun təqdimatına hazırlaşır

    Cihazlar+
    21.06.2023
    Emil
        Xiaomi-nin Redmi brendi özünün Redmi Note 12 smartfon seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Ortaya çıxmış məlumata əsasən yeni model Redmi Note 12R adını əldə edəcək. İnsayderlər bildiriblər ki, o, Redmi Note 12 modelinin kopyası olacaq. Bu isə o deməkdir ki, Redmi Note 12R modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.79 düym ekran, MediaTek Helio G88 prosessoru, 4/6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirməli və microSD dəstəyinə sahib olmalıdır. Redmi Note 12R-in bu ayın sonunda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər