
Redmi brendi Redmi Note 13-ün Turbo versiyasını hazırlayır
Cihazlar+
03.11.2023
Emil
Xiaomi-nin Redmi brendi sentyabr ayında Redmi Note 13 smartfon seriyasını təqdim etmişdi. Sözügedən seriyaya Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ modelləri daxildirlər. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Redmi brendi sözügedən smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Redmi Note 13 Turbo-dan gedir. İnsayderin sözlərinə əsasən Redmi Note 13 Turbo modeli 1.5K keyfiyyətli AMOLED ekrana sahib olacaq və flaqman performansa sahib prosessor vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi Note 13 Turbo-nun nə zaman təqdim olunacağı hələ bilinmir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
