
Redmi brendi Redmi Note 13R üzərində çalışır
Cihazlar+
25.09.2023
Emil
Xiaomi-nin Redmi brendi keçən həftə Redmi Note 13 smartfon seriyasını təqdim etdi. Bu seriyaya Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ modelləri daxil oldular. Lakin görünür, Redmi brendi sözügedən seriyaya daxil olacaq daha bir smartfon üzərində çalışır. Söhbət, Redmi Note 13R-dən gedir. Gözləntilərə əsasən Redmi Note 13R modeli adi Redmi Note 13-ün kopyası olacaq.
Belə ki, insayderlərin sözlərinə əsasən Redmi Note 13R modeli adi Redmi Note 13 kimi MediaTek Dimensity 6080 prosessoru vasitəsilə çalışacaq, 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı birləşdirəcək. Lakin adi Redmi Note 13-dən fərqli olaraq Redmi Note 13R modeli 108 MP-lik əvəzinə 64 MP-lik əsas arxa kameranı əldə edəcək. Redmi Note 13R-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
