
Redmi brendi Redmi 13 5G üzərində çalışır
Cihazlar+
19.04.2024
Farid
Xiaomi-nin Redmi brendi keçən il təqdim edilmiş Redmi 12 5G smartfonunun davamçısı üzərində çalışır. Söhbət, Redmi 13 5G-dən gedir. İndi isə hazırlanan bu yeni smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlara əsasən Redmi 13 5G smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Hal-hazırda aktual olan Redmi 12 5G modeli də sözügedən prosessor vasitəsilə çalışır. Bununla yanaşı ortaya çıxmış məlumatlarda qeyd edilib ki, Redmi 13 5G qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışacaq. Bəzi ölkələrdə bu smartfonun POCO M7 5G adı altında satılacağı gözlənilir. Redmi 13 5G yaxın aylar ərzində təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
