main-post-cover

    Redmi brendi yeni büdcəli Redmi 9A və Redmi 9C smartfonlarını təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2020
    Emil Nəcəfov
        Redmi brendi yeni büdcəli smartfon modellərini təqdim edib. Söhbət, Redmi 9ARedmi 9C smartfonlarından gedir. Prosessor və arxa kamera fərqindən başqa digər özəlliklər üzrə hər iki smartfon eynidir. Beləliklə hər iki smartfon 1600x720 piksel keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir. Smartfonların ekranları üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə, Redmi 9A modeli MediaTek Helio G25 prosessoru, 2 GB RAM, 32 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 9C modeli bu göstəricilərdən təkcə prosessor və arxa kamera sayına görə fərqlənir. Belə ki, Redmi 9C modeli MediaTek Helio G35 prosessoru və 13 MP (f/2.2 diafraqma) + 5 MP + 2 MP üçlü arxa kamera ilə təchiz olunub.
        Digər özəlliklər baxımından smartfon Redmi 9A ilə eynidir. Bundan əlavə olaraq Redmi 9C-nin arxa panelində barmaq izi skanı texnologiyası yerləşir. Redmi 9A modelində isə sadəcə üz tanıma sistemi reallaşdırılıb. Hər iki smartfon MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Redmi 9A modeli 7 iyul tarixində 83$ qiymətində, Redmi 9C modeli isə iyul ayının sonunda 100$ qiymətində satışa çıxacaq. 
    Linki kopyala