Reklam
Redmi brendi yeni Redmi 10 smartfonunu təqdim edib - QİYMƏTİ

Redmi brendi yeni Redmi 10 smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
19.08.2021 PAYLAŞIM

    Xiaomi şirkəti Redmi 10 smartfon modelini təqdim edib. Orta satış qiymətinə baxmayaraq sözügedən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib böyük ölçülü ekran, 50 MP-lik kamera və böyük batareya həcmi ilə təchiz olunub. Beləliklə Redmi 10 smartfonu Full HD+ keyfiyyətli 6.5 düym ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Əsas texniki özəlliklərə gəldikdə isə Redmi 10 modeli MediaTek Helio G88 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) + 2 MP (ToF obyektiv) dördlü arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, smartfonun qutusunda həmçinin 225 vatt gücündə şarj cihazı olacaq. Maraqlısı ondadır ki, Redmi 10 modeli iki tərəfli şarj texnologiyasının dəstəyini də əldə edib. Bunun sayəsində istifadəçi naqilsiz qulaqları və digər smartfonları Redmi 10 vasitəsilə şarj edə biləcək. Smartfon MIUI 12.5 interfeysli Android 11 vasitəsilə çalışır. Redmi 10 smartfonu 20 avqust tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 4 GB RAM + 64 GB yaddaş - 179$

- 4 GB RAM + 128 GB yaddaş - 199$

- 6 GB RAM + 128 GB yaddaş - 219$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×