Logo
    Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

    Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

    Cihazlar+
    25.05.2021
        Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8 (2021) tamamilə fərqli prosessor və bir qədər təkmilləşdirilmiş kameralar əldə edib. Beləliklə yeni Redmi Note 8 modeli Full HD+ keyfiyyətli 6.3 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə də əhatə olunub.
      Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Əsas texniki özəlliklərə gəldikdə isə yeni Redmi Note 8 modeli MediaTek Helio G85 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 118 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) + 2 MP dördlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yeni Redmi Note 8-in hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...