Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

Redmi brendi yenilənmiş Redmi Note 8-i təqdim edib.

Mobil Cihazlar
25.05.2021 PAYLAŞIM

    Redmi brendi Note 8 smartfon modelinin yenilənmiş versiyasını təqdim edib. Xarici görünüşcə yeni model orijinal smartfonla eynidir. Buna baxmayaraq Redmi Note 8 (2021) tamamilə fərqli prosessor və bir qədər təkmilləşdirilmiş kameralar əldə edib. Beləliklə yeni Redmi Note 8 modeli Full HD+ keyfiyyətli 6.3 düym IPS ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə də əhatə olunub.


    Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Əsas texniki özəlliklərə gəldikdə isə yeni Redmi Note 8 modeli MediaTek Helio G85 prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 118 dərəcə bucaq təsviri) + 2 MP (f/2.4 diafraqma) + 2 MP dördlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yeni Redmi Note 8-in hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×