main-post-cover

    Redmi Buds 5A naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.04.2024
    Brilyant Rasulova
         Xiaomi-nin Redmi brendi öz yeni naqilsiz qulaqlığını təqdim edib. Yeni naqilsiz qulaqlıq Redmi Buds 5A adlanır. Redmi Buds 5A qulaqlıqları vakuum konstruksiyasına sahibdirlər və onlardan hər biri 12 mm-lik audio drayver ilə təchiz olunub. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını və Google Fast Pair funksiyasını dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, Google Fast Pair qulaqlıqların Android cihazlara sürətli qoşulmalarını təmin edir. Ətraf səs-küyün aktiv böğulması funksiyası isə səs-küyü 25 dB-ə (desibel) kimi boğa bilir.
         Redmi Buds 5A-da səsin aşağı səviyyədə gecikməsi rejimi mövcuddur. Bu rejim səsin maksimum 60 millisaniyə gecikməsini təmin edir. Qulaqlıqlar smartfonlara və digər cihazlara Bluetooth 5.4 üzərindən qoşulurlar. Qulaqlıqların öz gövdələri IPX4 standartı üzrə, şarj keysinin gövdəsi isə IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Bir dəfə şarj olunandan sonra qulaqlıqlar 5 ssat ərzində çalışırlar. Şarj keysinin sayəsində bu göstərici 30 saat təşkil edir. Redmi Buds 5A 29 aprel tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 24$ təşkil edəcək. Redmi-nin bu yeni naqilsiz qulaqlığının digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
    snapdragon-8-gen-4-u-ilk-elde-edecek-smartfonlarin-brendleri-aciqlanib
    İnsayderlər POCO F6 subflaqman smartfonunun texniki imkanlarını açıqlayıblar
    insayderler-poco-f6-subflaqman-smartfonunun-texniki-imkanlarini-aciqlayiblar
    Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə etməyə başlayıblar
    xiaomi-mi-10-smartfonlari-hyperos-i-elde-etmeye-baslayiblar
    Xiaomi Mi Band 9 smart qolbağının təqdimatı artıq çox yaxındır
    xiaomi-mi-band-9-smart-qolbaginin-teqdimati-artiq-cox-yaxindir
    Xiaomi Mi 11T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
    xiaomi-mi-11t-pro-qlobal-bazarda-hyperos-i-elde-etmeye-baslayib