
Redmi Buds 5A naqilsiz qulaqlığının təqdimatı anons edilib
Cihazlar+
18.04.2024
Farid
Xiaomi-nin Redmi brendi yaxın günlərdə öz yeni naqilsiz qulaqlığını təqdim edəcəyini anons edib. Söhbət, Redmi Buds 5A qulaqlığından gedir. Rəsmi məlumata əsasən sözügedən yeni naqilsiz qulaqlıq 23 aprel tarixində təqdim olunacaq. Redmi tərəfindən təqdim edilmiş posterə əsasən Redmi Buds 5A qulaqlığı iki gövdə rənginə sahib olacaq. Ağ və qara. Qulaqlıqların özlərinə gəldikdə isə onlar vakuum konstruksiyasına sahib olacaqlar və özlərində ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirəcəklər. Üstəlik qulaqlıqlar Google Fast Pair funksiyasına sahib olacaqlar. Bu funksiya qulaqlıqların cihazlara sürətli qoşulmalarını təmin edir. Üstəlik qulaqlıqlar Bluetooth 5.4-i və 12 mm-lik audio drayveri əldə edəcəklər.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
