Logo
    main-post-cover

    Redmi Display G27Q 2025 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.10.2024
    Emil
         Xiaomi-nin Redmi brendi öz yeni gaming monitorunu təqdim edib. Yeni gaming monitor Redmi Display G27Q 2025 adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. Redmi Display G27Q 2025 artıq Çində satışa çıxıb və onun qiyməti 133$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş