Logo
    main-post-cover

    REDMI G27Q 2026 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.09.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 2026 adlanır. Beləliklə bu yeni monitor 200 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor DisplayPort 1.4 HDMI 2.0 girişlərini əldə edib. REDMI G27Q 2026 artıq Çində satışa çıxıb və qiyməti 112$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş