Redmi K30-un daha bir təkmilləşdirilmiş versiyası təqdim olunacaq

Redmi K30-un daha bir təkmilləşdirilmiş versiyası təqdim olunacaq

Mobil Cihazlar
05.07.2020 PAYLAŞIM

    Redmi K30 seriyası çərçivəsində adi K30, daha sadələşdirilmiş versiya K30i, bir qədər təkmilləşdirilmiş versiya K30 Racing Edition və kameraları təkmilləşdirilmiş K30 Pro ilə K30 Pro Zoom Edition modelləri təqdim olunublar. Görünür, Redmi brendi bununla yetinmək niyyətində deyil. Belə ki, məlumata əsasən K30 Ultra modelinin təqdim olunması gözlənilir. Bu barədə XDA-Developers saytı xəbər verib.

    Hələ təqdim olunmamış Redmi K30 Ultra barəsində məlumat MIUI 12-nin sonuncu versiyasında aşkar edilib. MIUI 12-nin sonuncu versiyasında sözügedən smartfon cezanne kod adı ilə qeyd olunub. Smartfon barəsində məlumatlar hələ çox azdır. Məlumata əsasən Redmi K30 Ultra modeli hərəkətli ön kamera, dördlü arxa kamera (əsas kamera modulu 64 MP-lik) və MediaTek prosessoru ilə təchiz olunacaq.


    Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Redmi brendinin növbəti smartfon modeli MediaTek şirkətinin Dimensity 1000+ adlı flaqman prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Redmi K30 Ultra-nın 144 Hz tezlikli təsvir yenilənməsinə sahib LCD ekran və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Smartfonun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×