Redmi K40 barəsində ilk məlumatlar verildi

Redmi K40 barəsində ilk məlumatlar verildi

Mobil Cihazlar
30.06.2020 PAYLAŞIM

    Redmi K30 smartfon modeli yarım il bundan öncə təqdim olunmuşdu. Bu ilin fevral ayında isə onun qlobal versiyası Poco X2 smartfonu təqdim olundu. İndi isə internetdə Redmi K30 modelinin davamçısı barədə məlumatlar ortaya çıxmağa başlayıb. Belə ki, Digital Chat Station ləqəbli məşhur çinli insayder Redmi K40-ın texniki özəllikləri barəsində məlumat verib. Bu barədə Gizmochina saytı xəbər verib.

    İnsayderin verdiyi məlumata əsasən Redmi K40 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bu göstəricilər üzrə yeni smartfon Redmi K30 ilə eyni olacaq. Bununla yanaşı insayder qeyd edib ki, Redmi K40 modeli Dimensity 1000+ prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor MediaTek şirkətinin flaqman prosessorudur.


    Müqayisə üçün Redmi K30 smartfonu modelindən asılı olaraq Snapdragon 730GSnapdragon 765G prosessorları ilə təchiz olunur. İnsayderin verdiyi məlumatda həmçinin qeyd olunub ki, Redmi K40-ın ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilməyəcək. Bu isə o deməkdir ki, Redmi brendi K40 modelində hərəkətli ön kamera sistemini reallaşdıra bilər. Redmi K40 modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti iPhone 12 modellərini mərhələli şəkildə satışa çıxarda bilər..

Keçən hətfə Apple şirkətinin maliyyə işləri üzrə baş vitse-prezidenti Luca Maestri investorlarla gör..


Xiaomi-nin hansı smartfonları Android 11-i əldə edəcəklər? - SİYAHI

Xiaomi forumunda Android 11 əməliyyat sistemini əldə edəcək smartfonların siyahısı qeyd olunub...


Analitiklər iPhone tarixinin ən məşhur modelini təyin ediblər

Bu il Apple şirkətinin yeni iPhone modellərinin təqdim olunmasından öncə isə analitiklər indiyənə ki..


Google büdcəli Pixel 4a-nı təqdim edib - QİYMƏTİ

Google şirkəti özünün büdcəli Pixel 4a smartfon modelini təqdim edib. Büdcəli smartfon olmasına baxm..


Samsung şirkəti Galaxy Note 20 smartfonlarını fərqli kateqoriyaya aid edəcək: Ha..

Heç kim şübhə etmir ki, müasir smartfonlar performans baxımından əla nəticələr sərgiləyirlər və yüks..


Apple şirkəti App Store-dan minlərlə Çin tətbiqini silməyə başlayıb

Apple şirkəti App Store-dan bir çox Çinə aid tətbiqi silməyə başlayıb.

×