main-post-cover

    Redmi K40 flaqman smartfonunun real fotosu ortaya çıxıb

    Cihazlar+
    12.02.2021
    Farid Pardashunas
        Redmi brendi Redmi K40 flaqman smartfon seriyasının təqdimatına hazırlaşır. Təqdimatdan öncə bu seriyaya daxil olacaq smartfonların özəllikləri artıq məlumdur. İndi isə Çinin Weibo sosial şəbəkəsində Redmi K40-ın real fotosu ortaya çıxıb. Ortaya çıxmış keyfiyyətli foto smartfonun arxa panelini əks etdirir. Beləliklə fotodan da görmək olar ki, smartfon dördlü arxa kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, arxa kamera dizaynı Mi 11-in arxa kamera dizaynına bənzəyir. Kameranın yanındakı yazı isə onu təsdiqləyir ki, kameralardan biri 108 MP-lik olacaq. İşıqlandırma sistemi kameralardan ayrı yerləşdirilib və güman olunur ki, lazer avtofokusuna sahibdir. Redmi K40 seriyasının təqdimatı 25 fevral tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər