main-post-cover

    Redmi K40 flaqman smartfonunun render fotosu ortaya çıxıb

    Cihazlar+
    29.01.2021
    Emil Nəcəfov
        Xiaomi şirkəti artıq Redmi K40 flaqman smartfonunun hansı ayda təqdim olunacağını bildirib. İndi isə ortaya çıxmış yeni insayder məlumatı sözügedən smartfonun hər iki tərəfini əks etdirən keyfiyyətli fotosu ilə bir sıra texniki özəllikləri özündə birləşdirib. Beləliklə smartfonun ortaya çıxmış yeni render fotosu sayəsində smartfonun həm ön  həm də arxa panelini müşahidə etmək olar. Fotodan da görmək olar ki, Redmi K40-ın yastı ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək.
        İnsayderlərin məlumatlarına əsasən həmin dairəvi çıxıntının diametri 2.8 mm təşkil edəcək. Smartfonun arxa kamera sahəsi özündə 4 kamera sensorunu birləşdirir. Bununla yanaşı işıqlandırma sistemi kamera sahəsinin xaricində yerləşir. Smartfon gövdəsinin sağ hissəsində səsin tənzimlənməsi və yandırıb/söndürmə düymələri yerləşdirilib. Gözləntilərə əsasən Redmi K40 iki versiyada təqdim olunacaq. Onlardan biri Snapdragon 870 prosessoru, digəri isə Snapdragon 888 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi K40 gələn ay təqdim olunacaq. Təqdimatın daha dəqiq keçirilmə tarixi barəsində məlumat isə yaxın zamanda verilməlidir. 
    Linki kopyala