Redmi K40 smartfonunun təqdimat ayı və bəzi texniki özəllikləri haqqında rəsmi məlumat verilib

Redmi K40 smartfonunun təqdimat ayı və bəzi texniki özəllikləri haqqında rəsmi məlumat verilib

Mobil Cihazlar
12.01.2021 PAYLAŞIM

    Redmi K40 flaqman smartfonu barəsində məlumatlar hələ keçən il ortaya çıxmağa başlamışdılar. Belə ki, keçən ilin sonlarına yaxın bu smartfonun fotoları və bəzi texniki özəllikləri sızdırılmışdı. İndi isə Redmi brendi sözügedən smartfonun təqdimat ayını və bəzi texniki özəlliklərini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Redmi brendinin rəhbəri Lu Weibing, Weibo sosial şəbəkəsində Redmi K40-a həsr edilmiş reklam posterini təqdim edib.


    Təqdim edilmiş posterdəki məlumata əsasən smartfon Snapdragon 888 prosessoru, 4000 mAh enerji tutumlu batareya və ən bahalı yastı ekran ilə təchiz olunacaq. Posterə əsasən smartfonun start qiyməti 2999 yuan təşkil edəcək. Bu isə 463$-a bərabərdir. Redmi K40-ın təqdimatı fevral ayında baş tutacaq. Redmi brendi həmçinin qeyd edib ki, bu smartfon ən əlçatan flaqman smartfon olacaq. Əvvəlki məlumat sızıntılarına əsasən Redmi K40 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli ekran, dördlü arxa kamera və 5G dəstəyini əldə edəcək. Smartfonun dəqiq təqdimat tarixi yaxın zamanda elan ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×