Redmi K50 və K50 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Redmi K50 və K50 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
17.03.2022 PAYLAŞIM

    Redmi brendi çoxdan gözlənilən Redmi K50 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya Redmi K50 ilə yanaşı həmçinin K50 Pro modeli də daxil olub. Bununla yanaşı 1 il bundan öncə təqdim edilmiş Redmi K40 modelinin daha təkmilləşdirilmiş versiyası Redmi K40S təqdim edilib. Redmi K50 seriyasına gəldikdə bu seriyaya daxil olan smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onlar bəzi texniki özəlliklər baxımından fərqlənirlər. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonların ekranları Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunublar.


    Qeyd etmək lazımdır ki, smartfonların ekranları həmçinin HDR10+Dolby Vision texnologiyalarının dəstəyinə sahibdirlər. Barmaq izi skanı texnologiyası isə smartfonların yandırıb/söndürmə düymələrinə inteqrasiya edilib. Sözügedən smartfonlar özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirirlər. Əsas texniki göstəricilər baxımından adi Redmi K50 modeli 8 nüvəli 5 nanometrlik MediaTek Dimensity 8100 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma, təsvirin optik stabilizasiyası) + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik (f/2.4 diafraqma) ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Redmi K50 Pro modelinə gəldikdə isə o, 8 nüvəli 4 nanometrlik MediaTek Dimensity 9000 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP (f/1.9 diafraqma, təsvirin optik stabilizasiyası) + 8 MP (120 dərəcə əhatə bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik (f/2.4 diafraqma) ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonların arxa kameraları saniyədə 30/60 kadr sürətlə 4K keyfiyyətində, 30/60 kadr sürətlə 1080p keyfiyyətində və 30 kadr sürətlə 720p keyfiyyətində videolar çəkə bilirlər. Hər iki smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfonlar 22 mart tarixində Çində satışa çxacaqlar. Onların Çin bazarında satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K50 - 377$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K50 - 409$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib - Redmi K50 - 440$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K50 Pro - 472$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K50 Pro - 519$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K50 Pro - 566$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K50 Pro - 629$.

    Sözügedən smartfonlardan əlavə olaraq təqdim edilmiş Redmi K40S modeli də xarici görünüşcə K50-yə bənzəyir. Redmi K40S modeli Qualcomm prosessoru, böyük ölçülü ekran və təkmilləşdirilmiş kameralar əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfon ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki göstəricilər baxımından Redmi K40S modeli 8 nüvəli 7 nanometrlik Snapdragon 870 prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP (119 dərəcə əhatə bucağı) + 5 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfön özündə həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Redmi K40S modeli MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon artıq Çində satışa çıxıb. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 6 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K40S - 283$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K40S - 315$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K40S - 346$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K40S - 377$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×