
Redmi K60 Extreme Edition smartfonu anons edilib
Xiaomi şirkəti növbəti Redmi K60 smartfon modelini təqdim edəcəyini rəsmi şəkildə təsdiqlədi. Smartfon Redmi K60 Etreme Edition adını əldə edəcək. Qeyd etmək lazımdır ki, son zamanlarda sözügedən smartfon Redmi K60 Ultra adı ilə bilinirdi. Redmi-nin təqdim etmiş olduğu tizer fotolardan birinə əsasən Redmi K60 Extreme Edition smartfonu MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranı birləşdirəcək. Rəsmi məlumata əsasən Redmi K60 Extreme Edition bu ay ərzində təqdim olunacaq. Təqdimat tarixi barəsində dəqiq məlumat isə yaxın zamanda veriləcək.
Paylaş
Bənzər xəbərlər