Logo
    main-post-cover

    Redmi K60 Extreme Edition təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.08.2023
    Emil
        Xiaomi-nin baş tutmuş təqdimat tədbirində həmçinin Redmi brendinin də yeni məhsulu təqdim edilib. Söhbət, Redmi K60 Extreme Edition smartfonundan gedir. Bu yeni smartfon Redmi K60 Pro-nun daha təkmilləşdirilmiş versiyasıdır. Redmi K60 Extreme Edition suya davamlı gövdəsi, 24 GB-lıq RAM-ı, MediaTek prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym yastı AMOLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün NFC çipini və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə, Redmi K60 Extreme Edition modeli MediaTek Dimensity 9200+ prosessoru, 12/16/24 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.7 diafraqma, optik stabilizasiya, elektron stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi K60 Extreme Edition bu ayın sonunda Çində satışa çıxacaq. Gözləntilərə əsasən gələn ay onun qlobal versiyası təqdim olunacaq və qlobal versiya Xiaomi 13T Pro adlanmalıdır. Redmi K60 Extreme Edition-un Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 360$
    - 16 GB RAM + 256 GB yaddaş - 385$
    - 16 GB RAM + 512 GB yaddaş - 415$
    - 16 GB RAM + 1 TB yaddaş - 455$
    - 24 GB RAM + 1 TB yaddaş - 500$.
    Paylaş
    Bənzər xəbərlər