
Redmi K60 Extreme Edition-un bəzi texniki göstəriciləri rəsmi şəkildə təsdiqlənib
Xiaomi şirkəti 14 avqust tarixində böyük təqdimat tədbiri keçirəcək. Həmin tədbirdə şirkət qatlana bilən Mix Fold 3 smartfonunu, Xiaomi Pad 6 Max planşetini və Smart Band 8 Pro qolbağını təqdim edəcək. Lakin tədbirdə daha bibr məhsulun da təqdimatı baş tutacaq. Söhbət, Redmi K60 Extreme Edition smartfonundan gedir. İndi isə şirkət onun əsas texniki göstəricilərini təsdiqləyib. Beləliklə şirkətin verdiyi məlumata əsasən sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekranı əldə edəcək.
Smartfon MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq, 24 GB RAM və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Şirkət smartfonun batareya həcmi ilə əsas arxa kamera göstəricisi barəsində məlumat verməsə də, təqdim edilmiş posterdə görmək olar ki, smartfonun arxa panelindəki kamera sahəsində 50 MP yazısı qeyd edilib. Bununla yanaşı posterdən görmək olar ki, Redmi K60 Extreme Edition üçlü arxa kameraya sahib olacaq.
Paylaş
Bənzər xəbərlər