Redmi K60 Extreme Edition-un hansı prosessora sahib olacağı məlum olub
Cihazlar+
17.05.2023
Farid Pardashunas
Digital Chat Station ləqəbli məşhur insayder dünən Redmi K60 Extreme Edition smartfonu barəsində bəzi məlumatları təqdim etmişdi. Həmin məlumatlara əsasən sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İndi isə insayder Redmi K60 Extreme Edition smartfonunun hansı prosessor vasitəsilə çalışacağını açıqlayıb.
Beləliklə onun sözlərinə əsasən smartfon MediaTek-in keçən həftə təqdim etmiş olduğu Dimensity 9200+ prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor hal hazırda Android smartfonlar bazarında ən güclü mobil prosessor hesab edilir və o hətta Snapdragon 8 Gen 2-ni də geridə qoyur. Redmi K60 Extreme Edition-a gəldikdə isə onun ya yay fəslinin ortasında ya da sonunda təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ