Logo
    main-post-cover

    Redmi K60 Extreme Edition-un qlobal versiyası barəsində məlumatlar verilib

    Cihazlar+
    15.08.2023
    Emil
        Xiaomi-nin Redmi brendi dünən Redmi K60 Extreme Edition smartfonunu təqdim etdi. Son məlumat sızıntılarına əsasən sözügedən yeni smartfonun qlobal versiyası Xiaomi 13T Pro adını əldə edəcək. İnsayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Redmi K60 Extreme Edition modeli ilə müqayisədə Xiaomi 13T Pro smartfonu daha fərqli göstəricidə kameralar əldə edəcək. Məlumatda qeyd edilib ki, qlobal versiyanın əsas arxa kamerası Sony IMX707 olacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik telekameranı və 13 MP-lik genişbucaqlı kameranı birləşdirəcək. Digər texniki göstəricilər baxımından Xiaomi 13T Pro ilə Redmi K60 Extreme Edition çox güman ki, eyni olacaqlar. Xiaomi 13T Pro-nun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər