
Redmi K60 Extreme Edition-un qlobal versiyası nə ilə fərqlənəcək?
Redmi K60 Extreme Edition smartfonu 14 aprel tarixində təqdim olundu. Təqdimatdan iki gün sonra isə sözügtedən smartfon alıcılar arasında çox məşhur oldu. Yaxın zamanda Redmi K60 Extreme Edition smartfonu qlobal bazarda Xiaomi 13T Pro adı altında təqdim olunmalıdır. Verilmiş yeni məlumata əsasən texniki tərəfdən Xiaomi 13T Pro modeli Redmi K60 Extreme Edition-dan kamerası ilə fərqlənəcək.
Qeyd etmək lazımdır ki, Redmi K60 Extreme Edition modeli 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə təchiz olunub və 50 MP-lik kamera 1/1.49 düym ölçülü Sony IMX800-dür. Verilmiş yeni məlumata əsasən isə Xiaomi 13T Pro-nun əsas arxa kamerası 1/1.29 düym ölçülü 50 MP-lik Sony IMX707 olacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik telekameranı, 13 MP-lik ultragenişbucaqlı kameranı və 20 MP-lik ön kameranı birləşdirəcək. Digər bütün göstəricilər üzrə Xiaomi 13T Pro-nun Redmi K60 Extreme Edition ilə eyni olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər