main-post-cover

    Redmi K60 Extreme flaqman smartfonu barəsində ilk məlumatlar təqdim edilib

    Cihazlar+
    07.03.2023
    Farid Pardashunas
        Keçən həftə məlum oldu ki, Xiaomi bu ilin ikinci yarısında 7 ədəd flaqman smartfon təqdim edəcək. Təqdim ediləcək flaqman smartfonlardan biri də Redmi K60 Extreme olmalıdır. Çox güman ki, sözügedən smartfon qlobal bazarda Xiaomi 13T adı ilə satışa çıxacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi K60 Extreme barəsində ilk məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Redmi K60 Extreme modeli yüksək göstəricidə təsvir yenilənməsinə (böyük ehtimal 144 Hz) sahib 1.5K keyfiyyətli ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 9200 prosessoru vasitəsilə çalışacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Bundan əlavə olaraq insayder qeyd edib ki, Redmi K60 Extreme böyük ehtimal ilə yastı dizayn və ekran əldə edəcək. Smartfonun bu ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər