main-post-cover

    Redmi K60 haqqında yeni məlumatlar verilib

    Cihazlar+
    28.11.2022
    Farid Pardashunas
        İnsayderlərdən biri Redmi K60 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlara əsasən Redmi K60 seriyasına minimum 3 smartfon modeli daxil olacaq. Söhbət, Redmi K60, K60 Pro K60E-dən gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən smartfonlar arasında ən güclüsü məhz adi Redmi K60 modeli olacaq. Bu cür bəyanat əslində çox təəccübləndirici səslənir. Adətən smartfon seriyalarında Pro modellər adi modellərdən daha güclü olurlar. İnsayder qeyd edib ki, Redmi K60 modeli Snapdragon 8 Gen 2 prosessoru, Redmi K60 Pro isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Redmi K60E modelinə gəldikdə isə o, MediaTek Dimensity prosessorunsa sahib olacaq. Çox güman ki, söhbət, ya Dimensity 8200-dən ya da Dimensity 9200-dən gedir. Redmi K60 smartfon seriyasının gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər