
Redmi K60-ın konseptual dizaynı sərgilənib
Xiaomi-nin istifadəçi interfeysi və yeni smartfonları barəsində daimi şəkildə məlumatlar təqdim edən XiaomiUI saytı bu dəfə Redmi K60 smartfon modelinin konseptual fotosunu təqdim edib. Gözləntilərə əsasən qlobal bazarda sözügedən smartfon POCO F5 adı ilə satışa çıxacaq. Buna görə də təqdim edilmiş foto hər iki smartfon modeli üçün eynidir. Əgər Redmi K60 smartfonu həqiqətən də sözügedən dizaynı əldə etsə, o, xarici görünüşcə Moto Edge 20 Pro-nu xatırladacaq. Belə ki, sözügedən konseptual fotodakı smartfonun arxa panel dizaynı məhz Moto Edge 20 Pro-nun arxa panel dizaynını xatırladır.
Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, konseptual fotodakı smartfonun arxa panelində yerləşən kvadrat formalı kamera obyektivi məhz periskop kamera obyektividir. Redmi K60-ın periskop kamera obyektivini əldə edəcəyi halında bu, Redmi K seriyasında optik zoom mövzusunda böyük irəliləyiş olacaq. Gözləntilərə əsasən Redmi K60 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli AMOLED ekran və Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq. Redmi K60-ın 2023-cü ilin birinci yarısında təqdim ediləcəyi güman edilir. Onun qlobal versiyası kimi güman edilən POCO F5 isə bir neçə aydan sonra satışa çıxa bilər.
Paylaş
Bənzər xəbərlər