main-post-cover

    Redmi K60, K60 Pro və K60E təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.12.2022
    Farid Pardashunas
        Xiaomi şirkətinin Redmi brendi Redmi K60 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş smartfon seriyasına 3 model daxil olub: Redmi K60, K60 ProK60E. Redmi K60 seriyasına daxil olan bütün smartfonlar xarici görünüşcə eynidirlər. Onlar öz aralarında bəzi texniki özəlliklər baxımından fərqlənirlər. K60 Pro modelində isə şirkət ümumiyyətlə hal hazırda mobil bazarda mövcud olan ən aparıcı texnologiyaları reallaşdırıb. İlk öncə K60 və K60 Pro-dan başlayaq. Beləliklə həm adi K60 həm də K60 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranların yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da hər iki smartfonda birbaşa ekrana inteqrasiya edilib.
        Smartfonların ekranları əlavə olaraq Dolby Vision texnologiyasının dəstəyinə sahibdirlər və onların maksimal parlaqlıq səviyyələri 1400 nit təşkil edir. Smartfonlar özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Adi K60 iə K60 Pro arasındakı ilk fərq ondan ibarətdir ki, adi K60 modeli Snapdragon 8+ Gen 1 prosessoru, K60 Pro isə Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 8/12/16 GB RAM 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Smartfonlar arxa kameralar mövzusunda da fərqlənirlər. Adi K60 modeli özündə 64 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kameranı, K60 Pro isə özündə 50 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kameranı birləşdirir.
        Hər iki smartfonda 16 MP-lik ön kamera yerləşdirilib. Batareyalar məsələsinə gəldikdə isə adi K60 modeli 67 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh, K60 Pro isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Həm K60 həm də K60 Pro 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Smartfonlar MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışırlar. K60 və K60 Pro 31 dekabr tarixində Çində satışa çıxacaq. Onların qlobal versiyaları çox güman ki, daha fərqli ad ilə gələn il satışa çıxacaqlar.
        İndi isə keçək Redmi K60E modelinə. Sözügedən model adi K60 ilə K60 Pro-nun bir qədər sadələşdirilmiş versiyasıdır. Lakin bununla belə o özündə diqqət çəkən texniki özəllikləri birləşdirir. Belə ki, Redmi K60E modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym AMOLED E4 ekran ilə təchiz olunub. Ekran Dolby Vision texnologiyasını dəstəkləyir və özündə barmaq izi skanı texnologiyasını birləşdirir. Onun maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir.
        Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Əsas texniki göstəricilər baxımından K60E modeli 4 nanometrlik MediaTek Dimensity 8200 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 48 MP (optik stabilizasiya) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. K60 və K60 Pro-dan fərqli olaraq K60E modeli Çində artıq satışa çıxıb. Bütün Redmi K60 modellərinin qiymətləri isə aşağıdakı kimidir:
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K60 - 360$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60 - 385$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60 - 43014
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K60 - 475$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K60 - 515$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K60 Pro - 475$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60 Pro - 515$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60 Pro - 56014
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K60 Pro - 615$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K60 Pro - 660$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Redmi K60E - 315$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60E - 345$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Redmi K60E - 375$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Redmi K60E - 400$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər