Redmi K60 smartfonlarının kameraları barəsində məlumat verilib

Redmi K60 smartfonlarının kameraları barəsində məlumat verilib

Mobil Cihazlar
07.11.2022 PAYLAŞIM

    Ortaya çıxmış yeni məlumatlara əsasən təqdim ediləcək Redmi K60 smartfon seriyasına daxil olacaq modellər fərqli kamera göstəricilərinə sahib olacaqlar. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Redmi K60 modellərindən biri 64 MP-lik, digəri isə 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Bununla belə hər iki smartfon optik stabilizasiya funksiyasını əldə edəcək. Hansı modelin 64 MP-lik, hansının isə 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacağı bilinmir.

    Bir neçə müddət budan öncə insayder qeyd etmişdi ki, adi Redmi K60 modeli 48 MP-lik əsas kameraya sahib olacaq. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, ya insayderin verdiyi yeni məlumatlar köhnə məlumatları təkzib edir, ya da müxtəlif əsas kameralar müxtəlif smartfonlarda istifadə ediləcək. Nəzərə alsaq, Redmi brendi K60 seriyası çərçivəsində adi K60 ilə yanaşı həmçinin K60 Pro K60 Gaming modellərini təqdim edəcək, o zaman bu smartfonlarda müxtəlif əsas kameraların istifadə ehtimalı məntiqli səslənir.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×