
Redmi K60 Ultra artıq sabah təqdim oluna bilər
Redmi brendinin Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında paylaşmış olduğu posterdə növbəti təqdimat tədbirinin tarixi əks olunub. Posterdəki tarixə əsasən Redmi-nin növbəti təqdimat tədbiri artıq sabah baş tutacaq. Çox güman ki, Redmi sabah Redmi K60 Ultra smartfonunu təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Redmi K60 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, MediaTek Dimensity 9200+ prosessoru ilə təchiz olunacaq və 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Redmi K60 Ultra-nın qlobal bazarda Xiaomi 13T və ya Xiaomi 13T Pro adı ilə satışa çıxacağı güman edilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...