Logo
    main-post-cover

    Redmi K60 Ultra Geekbench testlərindən keçib

    Cihazlar+
    02.08.2023
        Redmi brendinin hal hazırda üzərində çalışdığı smartfonlardan biri də Redmi K60 Ultra-dır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazasına əsasən Redmi K60 Ultra 3.35 GHz tezlikdə çalışan Corot kod adlı prosessora sahib olacaq. Söhbət, MediaTek Dimensity 9200+ prosessorundan gedir. Bununla yanaşı Geekbench məlumatlarına əsasən smartfon 16 GB-a kimi RAM-a və Android 13 əməliyyat sisteminə sahib olacaq. Redmi K60 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində 1288 xal, çox nüvəli testi çərçivəsində isə 4121 xal toplayıb. Qeyd etmək lazımdır ki, Redmi K60 Ultra-nın bu ay təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Redmi K60 Ultra Geekbench testlərindən keçib | Technote