Redmi K60 Ultra-nın nə zaman təqdim olunacağı barəsində məlumat verilib

Redmi K60 Ultra-nın nə zaman təqdim olunacağı barəsində məlumat verilib

Mobil Cihazlar
16.05.2023 PAYLAŞIM

    Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi-nin Redmi brendi Redmi K60 Ultra adlı flaqman smartfon üzərində çalışır. İndi isə insayderlər sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağı və nə zaman təqdim olunacağı barəsində məlumatlar veriblər. İnsayderlərin sözlərinə əsasən Redmi K60 Ultra smartfonu MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor keçən həftə təqdim olunub və o, 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb.

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Redmi K60 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekran ilə təchiz olunacaq. Çox güman ki, söhbət, OLED ekrandan gedir. Barmaq izi skanı texnologiyasının da birbaşa ekrana inteqrasiya ediləcəyi istisna deyil. Smartfonun özündə 50 MP-lik əsas arxa kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. İnsayderlər bildiriblər ki, Redmi K60 Ultra iyul ayında təqdim ediləcək.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×