
Redmi K60 Ultra-nın özəlliklərindən biri təsdiqlənib
Son zamanlar barəsində çoxlu sayda məlumat ortaya çıxmış Redmi K60 Ultra flaqman smartfonu Çinin sertifikatlaşdırma təşkilatlarından birində sertifikatlaşdırmadan keçib. Sertifikatlaşdırma sayəsində smartfonun vacib özəlliklərindən biri məlum olub. Belə ki, məlum olub ki, Redmi K60 Ultra smartfonu 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu qədər batareya həcmi ilə bu cür gücdə sürətli şarj texnologiyasının dəstəyi flaqman smartfonlarda nadir rast gəlinən bir haldır. Lakin bunun olacağı halda bu, Redmi K60 Ultra-nın əsas üstünlüklərindən biri olacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun gələn ay təqdim olunması gözlənilir.
Paylaş
Bənzər xəbərlər