
Redmi K60 Ultra-nın render fotosu təqdim edilib
Çinin Weibo adlı sosial şəbəkəsində Redmi K60 Ultra-nın render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotoda smartfon həm ön həm də arxa panel tərəfdən sərgilənib. Bununla yanaşı insayderlər smartfonun texniki göstəriciləri barəsində də məlumat veriblər. Render fotodan da görmək olar ki, smartfonun arxa kamera sahəsi kvadrat formada və 3 ədəd kamera obyektivindən ibarət olacaq. Smartfonun kənar hissələri bir qədər dairəvi formada olacaq.
Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. İnsayderlərin sözlərinə əsasən Redmi K60 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym OLED ekran, MediaTek Dimensity 9200+ prosessoru, 12 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi K60 Ultra-nın gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər