Logo
    main-post-cover

    Redmi K60 Ultra-nın sxem fotosu təqdim edilib

    Cihazlar+
    26.05.2023
    Emil
        Redmi brendinin Redmi K60 Ultra flaqman smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Digital Chat Station ləqəbli məşhur insayder Redmi K60 Ultra-nın sxem fotosunu təqdim edib. Təqdim edilmiş foto vasitəsilə Redmi K60 Ultra-nın necə bir dizayna sahib olacağını görmək olar. Sxem fotodan da görmək olar ki, Redmi K60 Ultra modeli xarici görünüşcə Redmi K60 K60 Pro-ya bənzəməyəcək.
        Yeni smartfonun arxa kamera dizaynı Redmi Note 12-nin arxa kamera dizaynına bənzəyir. Ön paneldən smartfon yastı ekrana sahib olacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Ekran ətrafı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar. Bəzi məlumatlara əsasən Redmi K60 Ultra MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Smartfonun ya avqust ya da sentyabr ayında təqdim olunacağı güman edilir.
    Paylaş
    Bənzər xəbərlər