
Son məlumat sızıntılarına əsasən Redmi brendi hal hazırda Redmi K60 Ultra flaqman smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən smartfon barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən Redmi K60 Ultra smartfonu 6.7 düym ölçülü yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
Smartfonun arxa panelində isə kameraları özündə birləşdirəcək düzbucaqlı sahə yerləşəcək. Qeyd etmək lazımdır ki, Redmi K60 Ultra-nın bir neçə müddət bundan öncə təqdim edilmiş MediaTek Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bu prosessor hal hazırda Android samartfonlar bazarında ən güclü prosessordur və o hətta Snapdragon 8 Gen 2-ni də geridə qoyur. Redmi K60 Ultra-ya gəldikdə isə onun ya avqustda ya da sentyabrda təqdim ediləcəyi güman olunur.