
Redmi K60 Ultranın təqdimat müddəti barəsində məlumat verilib
İnsayderlər dəfələrlə məlumat veriblər ki, Xiaomi-nin Redmi brendi Redmi K seriyasının yeni flaqman modeli üzərində çalışır. Söhbət, Redmi K60 Ultra smartfonundan gedir. Görünür, sözügedən smartfon artıq yaxın zamanda təqdim olunacaq. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən smartfon artıq sertifikatlaşdırmadan keçib və o, bu ayın sonunda təqdim olunacaq. Daha öncəki məlumat sızıntılarına əsasən Redmi K60 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, MediaTek Dimensity 9200+ prosessoru, 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq və 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş
Bənzər xəbərlər