Redmi K60E smartfonu Geekbench testlərindən keçib

Redmi K60E smartfonu Geekbench testlərindən keçib

Mobil Cihazlar
01.12.2022 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlum oldu ki, Redmi brendi Redmi K60 smartfon seriyası üzərində çalşır. Sözügedən smartfon seriyasına Redmi K60, K60 Pro K60E modelləri daxil olmalıdır. İndi isə məlum olub ki, Redmi K60E modeli məşhur Geekbench bençmark saytının testlərindən keçib. Geekbench testləri nəticəsində əldə edilmiş məlumatlara əsasən sözügedən smartfon Snapdragon 870 prosessoru ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında isə qeyd edilmişdi ki, Redmi K60E smartfonu MediaTek Dimensity 8200 prosessoru vasitəsilə çalışacaq.


    Bununla yanaşı Redmi K60E modeli 12 GB-a kimi RAM yaddaşını əldə edəcək. Geekbench testlərindən bu smartfonun məhz 12 GB RAM-a sahib versiyası keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 961 xal, çox nüvəli testi çərçivəsində isə 3123 xal toplayıb. Onun digər texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Redmi K60E modeli yüksək təsvir yenilənməsinə sahib OLED ekran və 120 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq. Redmi K60 seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.



DAHA ÇOX


OPPO Find N3 Flip-in qlobal versiyasının ilk tizer fotosu təqdim edilib

OPPO şirkəti özünün qatlana bilən qapaqlı smartfonu OPPO Find N3 Flip-in qlobal versiyasının təqdima..


AnTuTu sentyabr ayı üzrə ən güclü Android flaqman smartfonların reytinqini təqdi..

AnTuTu bençmarkı sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. ..


Google yeni qatlana bilən smartfonu üzərində çalışır

Google şirkəti iyun ayında öz ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim etmişdi.


Xiaomi 14 Pro-nun ekranı barəsində ətraflı məlumatlar verilib

Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. ..


Qatlana bilən OnePlus Open video vasitəsilə sərgilənib (VİDEO)

OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open barəsində materialları təqdim etməyə baş..


OPPO Find N3 Flip-in qlobal versiyasının təqdimat müddəti məlum olub

OPPO şirkəti avqust ayının sonunda qatlana bilən qapaqlı OPPO Find N3 Flip smartfonunu təqdim etdi...

×