main-post-cover

    Redmi K70 barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    26.09.2023
    Emil Nəcəfov
        Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi K70 barəsində məlumatlar təqdim etməyə davam edir. İnsayderin təqdim etmiş olduğu yeni məlumatlara əsasən adi Redmi K70 modelinin gövdəsində plastik materiallardan az istifadə olunacaq. Smartfon özündə metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək.
        Arxa panel isə şüşə ilə əhatə ediləcək. Bundan əlavə olaraq Redmi K70 modeli maksimal dərəcədə nazik çərçivələrə sahib 2K keyfiyyətli ekranı əldə edəcək. Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 3 prosessoru, 50 MP-lik əsas arxa kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Redmi K70 smartfon seriyasının ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala