
Redmi K70-in bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
22.11.2023
Emil
Xiaomi-nin Redmi brendi dünən rəsmi şəkildə təsdiqlədi ki, Redmi K70E smartfonu MediaTek Dimensity 8300 Ultra prosessoru ilə təchiz olunacaq. İndi isə Redmi brendi sözügedən smartfonun digər texniki imkanlarını təsdiqləyib. Beləliklə təsdiqlənmiş məlumata əsasən smartfon böyük sahəni əhatə edəcək maye soyutma sisteminə sahib olacaq. Üstəlik Redmi K70E 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edəcək. Smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
