Logo
    main-post-cover

    Redmi K70-in bəzi texniki imkanları Geekbench testləri ilə təsdiqlənib

    Cihazlar+
    16.11.2023
    Emil
         Hələ təqdim edilməmiş Redmi K70 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində onun bəzi texniki göstəriciləri təsdiqlənib. Geekbench testlərinə əsasən Redmi K70 smartfonu MediaTek şirkətinin gələn həftə təqdim edəcəyi Dimensity 8300 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən Redmi K70-in 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı təsdiqlənib ki, smartfon Android 14 əməliyyat sisteminə sahib olacaq. Redmi K70 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir. Adi Redmi K70 modeli qlobal bazarda POCO F6 adı ilə satışa çıxa bilər.
    Paylaş