Logo
    main-post-cover

    Redmi K70-in bəzi texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    06.04.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 smartfon seriyasına daxil olacaq adi model barəsində məlumatlar verib. Onun sözlərinə əsasən adi Redmi K70 modeli Snapdragon 8 Gen 2 vasitəsilə çalışacaq. Burdan da belə qənaətə gəlmək olar ki, ilin sonuna yaxın təqdim ediləcək Snapdragon 8 Gen 3 prosessorunu yalnız Redmi K70 Pro modeli əldə edəcək. Bununla yanaşı insayder bildirib ki, Redmi K70 smartfonu 2K keyfiyyətli ekran ilə təchiz olunacaq. Bununla belə K60-dan fərqli olaraq K70-in ekran ətrafı çərçivələri daha nazik olacaqlar. Redmi K70 seriyasının dəqiq şəkildə nə zaman təqdim ediləcəyi bilinmir. Təqdimat ya bu ilin sonunda ya da gələn ilin əvvəlində baş tuta bilər.
    Paylaş
    Bənzər xəbərlər