
Redmi K70-in dizaynını sərgiləyən render fotolar ortaya çıxıb
Xiaomi şirkətinin Redmi brendinin hələ təqdim edilməmiş Redmi K70 smartfonunun yeni render fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolara əsasən Redmi K70 xarici görünüşcə həm Xiaomi 14-ü həm də POCO smartfonlarını xatırladacaq. Smartfon yastı ekrana, nazik ekran ətrafı çərçivəyə və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntıya sahib olacaq. Arxa panelin yuxarı sol hissəsində 3 ədəd kamera obyektivi və LED işıqlandırma yerləşəcək. Onlar bir yerdə kvadrat formalı kamera sahəsini yaradacaqlar. Qeyd etmək lazımdır ki, Redmi K70-in MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacağı güman edilir. Bu halda Redmi K70 Pro modeli Snapdragon 8 Gen 3 prosessoruna sahib olmalıdır. Redmi K70 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.


Paylaş