
Redmi K70-in qlobal versiyası sertifikatlaşdırılıb
Cihazlar+
23.11.2023
Emil
29 noyabr tarixində Çində Redmi K70 smartfon seriyası təqdim ediləcək. Daha sonra isə onun qlobal bazarda təqdimatı gözlənilir. Son məlumat sızıntılarına əsasən Redmi K70 smartfonları qlobal bazarda POCO brendi altında satılacaqlar. İndi isə məlum olub ki, POCO F6 Pro adlı smartfon Sinqapurun IMDA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Məlumatlar bazasında smartfon 23113RKC6G model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Redmi K70 modelinin model nömrəsi isə 23113RKC6C-dir. Bu smartfonların model nömrələrinin oxşar olması ona işarə edir ki, POCO F6 Pro smartfonu Redmi K70-in qlobal versiyası olacaq. Buna həmçinin POCO F6 Pro-nun model nömrəsinin sonundakı G hərfi də işarə edir. Bu halda Redmi K70E modelinin qlobal versiyası adi POCO F6 olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
