
Redmi K70-in qlobal versiyası təqdimata hazırlaşır
Cihazlar+
11.03.2024
Emil
Keçən ilin sonuna yaxın Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya daxil olan modellərdən biri də Redmi K70-dir. İndi isə bu smartfonun qlobal versiyası təqdimata hazırlaşır. Redmi K70 qlobal bazarda POCO brendi altında satılacaq və POCO F6 Pro adlanacaq. POCO F6 Pro öz növbəsində Taylandın NBTC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilib. Bu isə o deməkdir ki, smartfonun təqdimatı artıq çox yaxındır. POCO F6 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli OLED ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
