
Redmi K70-in sahib olacağı kameralardan birinin hansı kamera olacağı məlum olub
Cihazlar+
07.11.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Redmi K70 smartfonu barəsində məlumatları paylaşmağa davam edir. İnsayder Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bildirib ki, Redmi K70-in əsas üstünlükləri arasında ekran və tekstur dizaynı olacaq. Tekstur dizaynı dedikdə insayder böyük ehtimal ilə smartfon gövdəsini əhatə edəcək hansısa xüsusi örtüyü nəzərdə tutur.
Üstəlik insayder bildirib ki, bu il ərzində qiymət-keyfiyyət mövzusunda Redmi K70-in rəqibi olmayacaq. İnsayderin sözlərinə əsasən Redmi K70 seriyasının modellərindən biri zoom çəkiliş üçün periskop kamera obyektivini əldə edəcək. Çox güman ki, söhbət, Redmi K70 Pro-dan gedir. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının ya bu ay ya da gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
