Logo
    main-post-cover

    Redmi K70-in texniki göstəriciləri barəsində məlumatlar verilib

    Cihazlar+
    14.07.2023
    Emil
        Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyası üzərində çalışmağa davam edir. İndi isə internetdə bu seriyaya daxil olacaq modellərdən birinin texniki göstəriciləri ortaya çıxıb. Söhbət, adi Redmi K70 modelindən gedir. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Redmi K70 smartfonu 2K keyfiyyətli ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
        Bununla yanaşı məlumatda qeyd edilib ki, Redmi K70 smartfonu üçlü və ya dördlü arxa kamera ilə təchiz oluna bilər. Onun əsas arxa kamerası isə ya 50 MP ya da 100 MP olmalıdır. Redmi K70 smartfon seriyasının bu ilin sonuna yaxın Çində təqdim ediləcəyi gözlənilir. Qlobal bazarda isə sözügedən smartfon seriyası POCO brendi altında satışa çıxmalıdır.
    Paylaş
    Bənzər xəbərlər